Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


İranın Siyasi Məqsəd Şurasının katibi və İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK, İran Silahlı Qüvvələrinin elit bölmələri) keçmiş komandanı general Möhsün Rezayi İsrailin Respublikaya hücumu ilə qorxusunu və “qaçmaq” istəyini nümayiş etdirdiyi qənaətindədir.
“İsrailin İrana qarşı təcavüzü güc nümayiş etdirmək istəyindən çox qorxu və döyüş meydanından qaçmaq istəyi ilə bağlı idi”, – deyə Rezayi X-də yazıb.
Bundan əvvəl Rusiyanın Tehrandakı səfirliyi İsrailin zərbəsindən sonra İranın paytaxtı və iri şəhərlərində vəziyyətin sakit olduğunu bildirib. İran mediası respublika sakinlərinin İsrailin hücumlarının heç bir nəticəsini hiss etmədiyini yazır. Sosial və iqtisadi infrastruktur obyektlərinə ziyan dəyməyib.
E.ŞİRİNOV