Əsas məzmuna keç

İRAN LİVANLA İSRAİL ARASINDAKI ATƏŞKƏS RAZILAŞMASINI ALQIŞLAYIR

İran Livan və İsrail arasında atəşkəs razılaşmasını alqışlayır, lakin eyni zamanda Livan xalqına və ölkədəki müqavimət qüvvələrinə hər cür dəstəyi verməyə davam edəcək.

Tezadlar.az xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin departamentin Telegram kanalında yerləşdirilmiş bəyanatında deyilir.

“Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Bəqayi sionist rejimin (İsrail – TASS.) Livana təcavüzünün sona çatması xəbərini alqışlayır, lakin Livan hökumətinə, xalqına və müqavimətinə dəstəyi ilə bağlı İslam Respublikasının dəyişməz mövqeyini vurğulayır”, – mətndə deyilir.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…