30 Avqust 2024 / 10:41

İRANDA HİCABSIZ FİLM SEYR ETMƏYƏ GƏLƏN REJİSSOR VƏ AKTRİSAYA CİNAYƏT İŞİ AÇILDI

İranın tanınmış qadın rejissoru Rəxşan Bənietemad və məşhur aktrisa Baran Kövsəri məcburi hicab qaydalarına riayət etmədikləri üçün cinayət məsuliyyətinə cəlb olunublar.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə İranın xəbər agentlikləri məlumat yayıb. Bildirilib ki, onlar “Həmişə kimsə yoxa çıxır” filminin premyerasına hicabsız qatılıblar.

Bundan sonra hər iki qadına qarşı Tehran Prokurorluğunda cinayət işi açılıb. 

Mənbələrin yazdığına görə, Baran Kövsəri Rəxşan Bənietemadın qızıdır.

hicabsz-iranli-rejissor

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!