Əsas məzmuna keç

İRANDA ZƏLZƏLƏ: ÇOXSAYLI YARALILAR VAR

Ötən gecə İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində baş vermiş zəlzələdə 2 nəfər ölüb, 580-dən çox insan isə yaralanıb.

Tezadlar.az “Azadlıq Radiosu”na istinadla xəbər verir ki, bu barədə İranın  “Mehri” agentliyi məlumat yayıb. Belə ki, şəhərə dəyən ziyanın qiymətləndirilməsi üçün əraziyə işçi qrupu cəlb edilib.

Qərbi Azərbaycan Tibb elmləri Universitetinin təcili tibbi yardım mərkəzinin rəisi Fərzin Rzazadə təbii fəlakət nəticəsində 3 nəfərin öldüyünü açıqlasa da, regionun qubernatoru onun bu açıqlamasını təkzib edib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…