İRANIN ALİ RƏHBƏRİ İSRAİL LİDERLƏRİNƏ ÖLÜM CƏZASI VERİLMƏSİNİ İSTƏYİB

İranın ali dini lideri Ayətullah Əli Xamenei İsrail liderlərinə ölüm cəzası verilməsini istəyib.

Tezadlar.az bu barədə “Reuters”-ə istinadən xəbər verir.

“İsrail liderlərinə həbs qərarı yox, ölüm hökmü verilməlidir”, – o deyib.

Noyabrın 21-də Beynəlxalq Cinayət Məhkəməsi (BCM) İsrailin baş naziri Benyamin Netanyahu və ölkənin keçmiş müdafiə naziri Yoav Gallantın həbsinə order verib.

Hökumət rəsmiləri ən azı 8 oktyabr 2023-cü il və 20 may 2024-cü il tarixləri arasında insanlığa qarşı cinayətlərdə və hərbi cinayətlərdə ittiham olunublar.

ABŞ prezidenti Co Bayden BCM-nin bu qərarını qəzəbli adlandırıb. Onun sözlərinə görə, İsrail və HƏMAS bərabər deyil və Vaşinqton onun təhlükəsizliyinə təhdidlərə qarşı həmişə “İsrailin yanında olacaq”.

E.ŞİRİNOV

Xəbəri paylaş

10 İyul