1 Oktyabr 2024 / 08:29

İRANIN VİTSE-PREZİDENTİ İRƏVANDADI

İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif bu gün İrəvana gedib.

Bu barədə  İranın birinci vitse-prezidentinin informasiya portalı məlumat yayıb.

Məlumata görə, İranın birinci vitse-prezidenti Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin rəhbərlərinin iclasında iştirak edəcək.

İran rəsmisi 1 günlük səfər çərçivəsində iclasda iştirak edən dövlətlərin nümayəndələri ilə görüşlər keçirəcək.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!