İRAQ İSRAİLİN HAVA MƏKANINDAN İSTİFADƏSİNƏ GÖRƏ BMT-YƏ ETİRAZ EDİB

İraq İsrailin İrana zərbə endirmək üçün respublikanın hava məkanından istifadə etməsi ilə əlaqədar BMT-nin baş katibi Antonio Quterreşə və dünya təşkilatının Təhlükəsizlik Şurasına etiraz notası göndərib.

“İraq oktyabrın 26-da İsrailin İraqın hava sərhədlərini açıq-aşkar pozması və ölkənin hava məkanından İrana zərbə endirməsi ilə bağlı Baş Katibə və BMT Təhlükəsizlik Şurasına rəsmi etiraz notası göndərib”, – İraq Nazirlər Kabinetinin rəhbəri Məhəmməd əl-Sudaninin ofisinin Telegram kanalında dərc olunan sənəddə deyilir.

Baş nazir həmçinin Xarici İşlər Nazirliyinə “baş vermiş İraqın suverenliyinin pozulmasını müzakirə etmək üçün ABŞ-la əlaqə saxlamağı” tapşırıb.

E.ŞİRİNOV

Xəbəri paylaş

12 İyul