Əsas məzmuna keç

İŞĞALDAN AZAD EDİLMİŞ ƏRAZİLƏRƏ İCAZƏSİZ DAXİL OLMAQ İSTƏYƏN 4 NƏFƏR SAXLANILIB

Ağdam və Tərtər Rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində işğaldan azad edilmiş ərazilərə müvafiq icazəsi olmadan daxil olmaq istəyən 4 nəfər saxlanılıb.

Bu barədə Tezadlar.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Həmin şəxslər barəsində inzibati protokollar tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən onlar müvafiq qaydada məsuliyyətə cəlb olunublar.

R.XUDATQIZI

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…