Əsas məzmuna keç

İSMAYILLIDA NARKOTİKİN TƏSİRİ ALTINDA AVTOMOBİL İDARƏ EDƏN SÜRÜCÜ HƏBS OLUNDU

İsmayıllıda polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı Babək Əzizovun idarə etdiyi “Vaz-2106” markalı avtomobilin işıq cihazları nasaz olduğu üçün sürücüyə “saxla” işarəsi verilib.

Tezadlar.az xəbər verir ki, sənədləri yoxlanılarkən B.Əzizovun narkotik vasitə qəbul etdiyinə dair şübhələr yarandığından o, tibbi müayinədən keçirilib.

Müayinə nəticəsində həmin şəxsin marixuana istifadə etdiyi müəyyənləşib. Məhkəmənin qərarı ilə B.Əzizovun sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib.

R.XUDATQIZI

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…