Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İsrail müdafiə ordusunun komandanlığı Təl-Əvivdə və ölkənin digər mühüm şəhərlərində əlavə xilasetmə bölmələri yerləşdirib.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.
Qeyd edilir ki, axtarış-xilasetmə qrupları və xüsusi texnika paytaxtdakı “Yad Eliyahu” stadionunda yerləşdirilib. Bu, İran tərəfindən mümkün hücuma hazırlıq məqsədi daşıyır. Yaşayış binaları vurulduğu təqdirdə həmin bölmələr dağıntıların təmizlənməsi və xilasetmə əməliyyatlarını həyata keçirəcək.
Xilasedicilərin əlavə qüvvələri Hayfa, Krayot, Eylat və digər şəhərlərə də göndərilib.
Azərtac