Əsas məzmuna keç

İSRAİL POLİSİ QÜDSDƏKİ ƏL-ƏQSA MƏSCİDİNDƏ GÖZLƏNİLƏN ETİRAZ AKSİYALARINA HAZIRLAŞIR

İsrail polisi fələstinli tərəfdarların vəd etdiyi “qəzəb günü” ərəfəsində oktyabrın 13-də Qüdsdəki Əl-Əqsa məscidinə toplaşıb.

Tezadlar.az bu barədə “İzvestiya”ya istinadən xəbər verir.

Nablus qapısının yaxınlığında bir neçə polis maşını dayanıb. Fələstinli qruplar bundan əvvəl Qəzza zolağının və Fələstin xalqının müdafiəsi üçün oktyabrın 13-də etiraz aksiyalarına başlamağı tələb etmişdilər.

Dünyanın hər yerindən jurnalistlər də məscidin yaxınlığında toplaşıblar. Etirazların günorta namazından sonra başlayacağı gözlənilir.

“Hələlik burada hər şey sakitdir, lakin gərginlik getdikcə artır. Biz görürük ki, polis əməkdaşlarının sayı artır, çoxlu jurnalistlər gəlir”, – qəzet yazır.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…