Əsas məzmuna keç

İSRAİL QƏZZAYA ZƏRBƏLƏR ENDİRƏRKƏN AĞ FOSFORDAN İSTİFADƏ EDİB?

İsrail ordusu Qəzza zolağına hücumlarda ağ fosforlu sursatdan istifadə edib.

Bu barədə Fələstinin Cenevrədəki BMT-dəki daimi nümayəndəsi İbrahim Kraişi jurnalistlərlə söhbətində bildirib.

“İsrail Qəzzaya zərbələr endirərkən ağ fosfordan istifadə edib, bu da “Human Rights Watch” təşkilatı tərəfindən aşkar edilib”, – o qeyd edib.

Oktyabrın 12-də “Human Rights Watch” (HRW) həmçinin İsrailin qadağan olunmuş fosforlu sursatlardan istifadə etdiyini bildirib. Belə silahlardan istifadə faktını Fələstin Xarici İşlər Nazirliyi də açıqlayıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…