Əsas məzmuna keç

İSRAİL SURİYADA HERMON DAĞI YAXINLIĞINDA ƏLAVƏ TƏHLÜKƏSİZLİK ZONASI YARADIR

İsrail Qolan təpələrində Hermon dağ silsiləsinin Suriya tərəfində demarkasiya zonasından kənarda əlavə təhlükəsizlik zonası yaradır.

Tezadlar.az bildirir ki, bu barədə İsrail baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman məlumat verib.

“İsrail Hermon dağında və ətraf ərazilərdə demarkasiya zonası və digər strateji nöqtələr üzərində nəzarəti genişləndirməyə davam edir. Təhdidləri neytrallaşdırmaq və yerli druzlar və digər icmalarla əlaqə yaratmaq üçün İsrail demarkasiya zonasından kənarda əlavə təhlükəsizlik zonası yaradır”, – Gendelman Telegram kanalında yazıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…