Əsas məzmuna keç

İSRAİLDƏ KEÇİRİLƏN MUSİQİ FESTİVALI DA YASA DÖNÜB – İŞTİRAKÇILARIN 260-NIN CƏSƏDİ TAPILIB

İsrailin cənubundakı Kibbutz Reimdə açıq havada baş tutan “Nature Party” musiqi festivalının keçirildiyi yerdə cəsədlər tapılıb.

Bu barədə “The Jerusalem Post” məlumat yayıb.

 Könüllülər axtarış-xilasetmə əməliyyatları zamanı ərazidə 260 cəsəd tapıb. 

Qeyd edək ki, Fələstinin HƏMAS radikal qruplaşmasının hücumu zamanı tədbir keçirilib.

Festivalda iştirak edən onlarla turist meydandan 30 kilometrdən çox məsafə qət edərək İsrailin Netivot şəhərinə gedib.

İştirakçılardan bəzisi girov götürülüb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…