Əsas məzmuna keç

İSRAİLİN F-35-LƏRİ İRAN RAKETLƏRİ İLƏ MƏHV EDİLİB

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) komandirinin müşaviri, general-mayor İbrahim Cabari İsrailə hücum zamanı İsrailin F-35 təyyarələrinin İran raketləri tərəfindən məğlub edilməsi ilə bağlı məlumatı təsdiqləyib.

“Bu əməliyyatda İranın raketləri mühüm hərbi obyektləri və israilli cinayətkarların F-35 qırıcılarının anqarlarını uğurla vurdu və bu qırıcıların əhəmiyyətli bir hissəsini məhv etdi ki, bu da ölkəmizin silahlı qüvvələrinin müdafiə qabiliyyətinin yalnız kiçik bir hissəsi idi”, – İran Müdafiə Nazirliyinin mətbuat xidməti generalın sözlərindən sitat gətirib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…