Əsas məzmuna keç

İSRAİLİN HAVA HÜCUMUNDA 1500 FƏLƏSTİNLİ SİLAHLI ÖLDÜRÜLÜB

Oktyabrın 7-dən sonra İsrailin Qəzza zolağına endirdiyi aviazərbələr nəticəsində 1900 nəfər ölüb, 7696 nəfər yaralanıb.

Tezadlar.az CNN-Türk- ə istinadla xəbər verir ki, bu barədə Qəzza zolağının Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, ölənlər arasında 614 uşaq və 370 qadın var. Eyni zamanda, İsrail Müdafiə Qüvvələri İsrail ərazisində 1500-ə qədər fələstinli silahlının öldürüldüyünü açıqlayıb. Fələstin və Qərb mediasının məlumatına görə, İsrail aviasiyasının Qəzza zolağında təxliyyə edilən vətəndaş karvanını bombalaması nəticəsində azı 70 nəfər ölüb, 200-ə yaxın adam yaralanıb .

Hərbi qarşıdurma isə davam edir… Türkiyə Prezidenti R.T.Ərdoğan tərəflərin sülh danışıqlarına gəlməsi üçün şəxsən cəhdlər edir…

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…