Əsas məzmuna keç

İSTANBUL SAHİLLƏRİNDƏ ÜZƏRİNDƏ PARTLAYICI MADDƏ OLAN REAKTİV XİZƏK TAPILIB

İstanbul sahillərində, şəhərin Avropa hissəsində, Çatalca çimərliyi yaxınlığında Ukrayna Hərbi Dəniz Qüvvələrinə aid olduğu güman edilən partlayıcılarla dolu reaktiv xizək  tapılıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “İHA” agentliyi məlumat yayıb.

Məlumata görə, reaktiv xizək iyulun 25-də səhər saatlarında aşkar edilib. Onun üzərində partlayıcılarla birlikdə bir neçə kamera quraşdırılıb. Hadisə yeri jandarma və hərbçilər tərəfindən mühasirəyə alınıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…