Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Bu ilin yanvar-iyun aylarında istehlakçı hüquqları və istehlak bazarına nəzarət sahəsində daxil olan vətəndaş müraciətlərinin araşdırılması zamanı təqdim olunan sübutlara əsasən 33 hüquqi, 6 fiziki şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “Twitter” hesabında yazıb.
Xidmət rəisi bildirib ki, mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların aldadılması (22 halda) və qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi, satılan malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması (12 halda) ilə bağlı hallar digər qanun pozuntularına nisbətdə üstünlük təşkil edib.
TEZADLAR.AZ