Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


İsveç Ukraynanın Avropa İttifaqına (Aİ) qoşulmasına sponsorluq edəcək və islahatlar üçün Kiyevə təxminən 590 milyon dollar ayıracaq.
Tezadlar.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Maliyyə dəstəyi yeni ikitərəfli yardım strategiyasının bir hissəsi kimi Ukraynaya ayrıldı, həmçinin ölkənin yenidən qurulması üçün Kiyevə yönəldilib.
Bundan əvvəl Avropa İttifaqı 2024-cü ildən Kiyevə maliyyə yardımının göstərilməsi şərtlərini sərtləşdirməyə qərar vermişdi. Söhbət növbəti dörd il üçün 50 milyard avro təşkil etməli olan maliyyə yardımından gedir. Bunlardan Ukrayna 33 milyardını pulsuz deyil, kredit şəklində alacaq. Eyni zamanda, 2023-cü ilin rəqəmləri ilə müqayisədə illik ifadədə yardımın həcmi bir yarım dəfə azalacaq.
E.ŞİRİNOV