7 Mart 2024 / 14:53

İSVEÇİN NATO-YA DAXİL OLMASI HAQQINDA PROTOKOL QÜVVƏYƏ MİNİB

İsveçin NATO-ya daxil olması ilə bağlı protokol bu gün – cümə axşamı rəsmi olaraq qüvvəyə minib.

Tezadlar.az xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.

“2024-cü il martın 7-də İsveç Krallığının Şimali Atlantika Müqaviləsinə qoşulması haqqında protokolun ikinci maddəsində göstərilən qüvvəyə minmə şərtləri yerinə yetirilib. Müvafiq olaraq, protokol 2024-cü il martın 7-də qüvvəyə minib”, – ABŞ Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bundan əvvəl Ağ Ev İsveçin martın 7-də NATO-ya üzv olacağını açıqlamışdı. Eyni zamanda, martın 11-də NATO-nun Brüsseldəki mənzil-qərargahında ölkənin bayrağı qaldırılacaq.

​​​​​​​​​​​​​​​​​ E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!