Əsas məzmuna keç

İTALİYA XİN Aİ-DƏ İSTƏNİLƏN ÖLKƏNİN SƏDRLİYİNƏ HÖRMƏT ETMƏYƏ ÇAĞIRIB

Aİ-də istənilən dövlətin, o cümlədən Macarıstanın sədrliyinə hörmətlə yanaşmaq lazımdır.

Tezadlar.az xəbər verir ki, bu açıqlama ilə İtaliya Xarici İşlər Nazirliyinin rəhbəri Antonio Tajani çıxış edib.

“Düşünürəm ki, biz qaydalara əməl etməliyik, bu da Budapeştə getməkdən imtina etməmək və Macarıstanı təhqir edə biləcək mövqeləri tutmamaq deməkdir. Məsələ ayrı-ayrı hökumətin etdiklərinə hörmət etmək və ya ona əməl etmək deyil, Macarıstan da daxil olmaqla, Aİ-də hər hansı bir ölkənin sədrliyinə hörmət etməkdir”, – italiyalı nazir Brüsseldə Aİ həmkarları ilə görüşdə qeyd edib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…