15 May 2022 / 11:01

İTALİYAYA İNDİYƏDƏK 115 MİNDƏN ÇOX UKRAYNALI QAÇQIN SIĞINIB

Bu vaxtadək İtaliya ərazisinə daxil olan ukraynalı qaçqınların sayı 115 mini ötüb.

İtaliyaya ümumilikdə 115 min 342 Ukrayna vətəndaşı gəlib. Onlardan 60 min 85-i qadın, 16 min 93-ü kişi və 39 min 146-sı azyaşlıdır.

Qaçqınlar əsasən Milan, Roma, Neapol və Bolonya şəhərlərində qaçqın şəhərciklərinə və təbii fəlakətlər zamanı insanların sığınması üçün nəzərdə tutulan evlərə yerləşdirilir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!