Əsas məzmuna keç

İTKİN DÜŞƏN MƏKTƏBLİ QIZ MASALLIYA QAÇIRILDIĞINI BİLDİRİB…

Bakı şəhərində 14 yaşlı qız qaçırılıb.

TEZADLAR.AZ xəbər verir ki, qızın anası – Mirvari Tofiq qızı Eminova Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək onunla eyni ünvanda yaşayan övladı – 2009-cu il təvəllüdlü qızı M.N.-in yaşadıqları evdən naməlum istiqamətdə getdiyini və bir daha geri qayıtmayaraq itkin düşdüyünü bildirib.

 Qız 43-cü PB-nin əməkdaşları ilə telefon vasitəsilə əlaqə saxlayaraq adını bildirmədiyi şəxs tərəfindən evlənmək məqsədilə Masallı rayonuna aparıldığını bildirib.

 Faktla bağlı Binəqədi RPİ-nin 43-cü PB-də araşdırma aparılır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…