Əsas məzmuna keç

İTKİN DÜŞƏNLƏR TAPILDI

Daxil İşlər Nazirliyinin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, quruma olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə mayın 1-də Siyəzən rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 23 yaşlı qız, mayın 7-də Xəzər rayonunun Buzova qəsəbəsi ərazisində itkin düşmüş kimi axtarışda olan 27 yaşlı oğlan, mayın 24-də Sumqayıt şəhəri ərazisində itkin düşmüş kimi axtarışda olan 36 yaşlı kişi, mayın 28-də Yasamal rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 45 yaşlı kişi, mayın 30-da Yasamal rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 19 yaşlı qız, mayın 30-da Ağdam rayonunun Quzanlı kəndi ərazisində itkin düşmüş kimi axtarışda olan 13 yaşlı qız, mayın 31-də Xəzər rayonunu  Binə qəsəbəsi ərazisində itkin düşmüş kimi axtarışda olan 14 yaşlı qız, iyunun 1-də Masallı rayonunun Çaxırlı kəndi ərazisində itkin düşmüş kimi axtarışda olan 16 yaşlı qız tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.

R.XUDATQIZI

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…