Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
5 Yanvar 2026 / 21:23

İçərisində pişik gəzişən natəmiz sexdə toyuq kəsimi aparılırmış – VİDEO

Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən, fiziki şəxs Hacıyev Vüqar Füzuli oğluna məxsus quş kəsimi sexində yoxlama keçirilib.

Tezadlar.az  xəbər verir ki,  Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən baxış zamanı müəssisənin sanitar-gigiyenik tələblərə əməl edilmədən qanunsuz fəaliyyət göstərdiyi müəyyən edilib.

Belə ki, sexdə ev quşlarının baytarlıq tələbləri və heyvan rifahı gözlənilmədən kəsiminin həyata keçirildiyi məlum olub. Müəssisədə havalandırma sistemi qurulmayıb. Kondensasiya prosesi zamanı yaranmış sular tavandan birbaşa qida məhsullarının üzərinə tökülür. Tüklərin təmizlənməsi, pörtlədilməsi, içalatın təmizlənməsi eyni sahədə həyata keçirilir. İşçilər tibbi müayinəyə cəlb olunmayıb. Alət və ləvazimatların yuyulub təmizlənməsi üçün yuma sahəsi təşkil edilməyib. Kəsimi aparılmış toyuqların baytarlıq ekspertizasından keçirilmədən satışa verildiyi aşkarlanıb.

Müəssisənin fəaliyyətinin dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib, rəhbəri barəsində inzibati protokol tərtib olunub. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

Linkə keçid edərək videoməlumatla tanış ola bilərsiniz:

http://youtube.com/watch?v=LID0Eo9rR3I&embeds_referring_euri=https%3A%2F%2Fafsa.gov.az%2F&source_ve_path=OTY3MTQ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!