İcra məmuru Vadim Əliyev qanunları saya salmırsa…-ƏDLİYYƏ NAZİRİNƏ ŞİKAYƏT OLUNDU

Oxunma sayı: 1011

Şikayətçi Şahverənov Namik Natik oğlu Abşeron rayon icra probasiya şöbəsindən ədliyyə naziri Fərid Əhmədova şikayət yazdı

Bakı şəhəri sakini Şahverənov Namik Natik oğlu Abşeron rayon icra probasiya şöbəsinin Icra məmurunun qanunsuz hərəkətlərindən ya hərəkətsizliyindən Azərbaycanın ədliyyə naziri FIərid Əhmədova şikayət məktubu ünvanlayıb. Surəti «Təzadlar» qəzetinətezadlar.az saytına ünvanlı şikayətdə deyilir:

“-Çox hörmətli cənab nazir! Bildirirəm ki, mənŞahverənov Namik Natik oğlu, məhkəmə qətnaməsi ilə təsbit edilmiş hüquqlarımın icrasının icra məmurunun qanunsuz hərəkəti və hərəkətsizliyi səbəbindən uzun müddətdir təmin olunmur. İcra məmuru Vadim Əliyev hər dəfə bir bəhanə uydurur, qanuni məhkəmə qərarının icrasına imkan vermir.

Bildirirəm ki, Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 22.08.2017-ci il tarixli qətnaməsi ilə övladımla ünsiyyət haqqım tanınmışdır. Abşeron Rayon Məhkəməsinin 08.01.2024 tarixlie-2(012)-95/2024 saylı qətnaməsi bu hüququ bir daha təsdiqləmiş övladımla görüş müddətləri dəqiq müəyyən edilmişdir. Lakin borclu tərəf davamlı olaraq məhkəmə qətnaməsinin icrasına mane olmuş, icra məmuru Vadim Əliyev isə qanunun tələblərinə zidd olaraq bu qanunsuzluğa göz yummuşdur. Hətta dəfələrlə şahidiyəm ki, icra məmuru qəsdən bu problemə şərait yaradır. Bunun üçün Vadim Əliyev bir neçə dəfə mənə bildirib ki, qətnaməyə əlavə izahat tələb olunur. Lakin bu süni bəhanə Abşeron Rayon Məhkəməsinin 07.05.2024- il tarixli Sumqayıt Apellyasiya Məhkəməsinin 27.06.2024- il tarixli qərardadları ilə təkzib edilib, birinci instansiya məhkəməsinin məlum qətnaməsinin icrası ilə bağlı əlavə izaha ehtiyac olmadığını açıq şəkildə təsdiqləmişdir.

Beləliklə, İcra məmuru Vadim Əliyev borclunun diqtəsi ilə məqsədli şəkildə qətnamənin icraedilməsinə qəsdən mane olmaqla, əksinə, borcluya qarşı da heç bir inzibati tədbir görməmiş, indiyədək bir dəfə olsun məcburi icra mexanizmlərini tətbiq etməmişdir.

Cənab nazir!

Onu da qeyd edim ki, 14 oktyabr 2024- il tarixdə icra məmurunun hərəkətsizliyi ilə bağlı məhkəməyə müraciət etmişəm. Məhkəmənin 28.11.2024- il tarixli, 8(012)-514/2024 saylıqətnaməsi ilə icra məmurunun hərəkətsizliyi qanunsuz hesab edilmişdir. Məhkəmə qərarında birdaha uşağımın mənə öyrəşməsi üçün psixoloji yardım göstərilməsinə şərait yaradılmalı olduğu bildirilsə , icra məmuru Vadim Əliyev bu müddəanı qərəzli şəkildə yerinə yetirməmiş, öz təşəbbüsü iləÜmidli Gələcəkictimai birliyinə müraciət etmiş, lakin iki ay sonra məlum olmuşdur ki, bu təşkilatda psixoloq yoxdur. Mən tanıdığım ixtisaslı psixoloqun yardım göstərə biləcəyini bildirsəm , icra məmuru bu təklifimi əsasız olaraq qəsdən rədd etmişdir. Hesab edirəm ki, İcra məmurunun bu addımları qətnamənin icrasına mane olmaq məqsədi güdür borclu tərəfin mənafeyinə uyğun hərəkət etdiyini göstərir.

Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmə qərarlarının icrası məcburidir. Eləcə İcra haqqındaQanunun 12.1, 82.1, 82.3, 26- maddələrinə əsasən, icra məmuru məhkəmə qətnaməsinin icrasını təmin etməli borclunun icranı pozması halında onu qanunda nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb etməlidir. «İcra məmurları haqqındaQanunun 11-ci maddəsinə əsasən, icra məmurları öz hərəkət hərəkətsizliklərinə görəməsuliyyət daşıyırlar.

Cənab nazir, Sizdən xahiş edirəm, Abşeron Rayon İcra Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyevin qanunsuz hərəkətləri hərəkətsizliyi araşdırılsın barəsində qanuni tədbirlər görülsün. Qətnamənin icrasını süni şəkildə uzadan qanunsuz şəkildə borclunun mənafeyinə xidmət edən icra məmurunun barəsində intizam tədbiri görülsün. Eləcə məhkəmə qətnaməsinin icrası üçün icra məmuru borclunun məcburi icra tədbirləri ilə üzləşməsini təmin etsin qanunun bütün mexanizmlərini işə salsın.

Hörmətlə:

Şahverənov Namik Natik oğlu”.

REDAKSİYADAN: şikayətçi Şahverənov Namik Natik oğlunun redaksiyaya təqdim etdiyi məhkəmə aktları digər sənədlər tərəfimizdən araşdırıldı icra məmurunun qanunsuz hərəkətləri hərəkətsizliyi bir daha redaksiyanın Araşdırma Qrupu tərəfindən təsdiqləndi. İnanırıq ki, bu problem tezliklə qanuni həllini tapacaq.

«Təzadlar”

Xəbəri paylaş

23 May