Əsas məzmuna keç

“İdrak”da şagirdin güllələdiyi müəllimdən inanılmaz addım: “BAĞIŞLADIM!”

Bir müddət əvvəl Binəqədi rayonundakı “İdrak” liseyində müəlliminə odlu silahla ağır xəsarət yetirməkdə ittiham olunan şagirdin cinayət işi üzrə istintaq nöqtələnib. Məlum olur ki, tərəflər arasında artıq  barışıq əldə olunub və zərərçəkmiş müəllim öz şagirdinin günahından keçib. Barışığı təsdiq edən rəsmi sənəd artıq Binəqədi Polis İdarəsinə və rayon Prokurorluğuna verilib.

Məsələ ondadır ki, şagirdin psixoloji vəziyyətini təsdiqləyən ekspertiza rəyi də istintaqa verilib. Həkim rəyinə əsasən, şagirddə psixi pozuntu müəyyən edilib.  Bu isə o deməkdir ki, şagirddə müəyyən dərəcədə psixi problemlər varmış. Qısası, prokuror yekun ittiham aktını təsdiqlədikdən sonra iş baxılması üçün məhkəməyə göndəriləcək.

Qeyd: güllələnmə hadisəsi bu ilin fevralında “İdrak” liseyində baş verib, 10-cu sinif şagird atasına məxsus ov tüfəngi ilə təhsil aldığı liseyə gələrək 29 yaşlı riyaziyyat müəllimi Şəhla Kamilovanı güllələyib. Şagird Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd maddəsi ilə ittiham olunur. Təqsiri sübuta yetiriləcəyi halda, şagirdi 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Beləliklə, son qərar məhkəmənin üzərində qalır.

SƏBUHİ

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…