Əsas məzmuna keç

İƏT ölkələrinin korrupsiyaya qarşı mübarizə aparan qurumlarının rəhbələri Bakıdadır

Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilir.

Tezadlar.az xəbər verir ki, Bakı Konqres Mərkəzində təşkil olunan tədbir oktyabrın 27–28-ni əhatə edir.

Tədbirdə İƏT-ə üzv 57 dövlətdən 48-nin nümayəndələri də daxil olmaqla, 250-dən çox şəxsin iştirakı gözlənilir. Onların arasında 30 dövlət qurumunun rəhbəri, səfirlər, beş beynəlxalq və regional təşkilatın rəhbər və yüksəkvəzifəli nümayəndələri, həmçinin üç müşahidəçi dövlətin təmsilçiləri var.

Görüşün ikinci günü xarici nümayəndələr və baş prokurorlarla müsahibələrin, daha sonra isə tədbirin bağlanış mərasiminin keçirilməsi nəzərdə tutulub.

 

trend

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…