31 Oktyabr 2025 / 07:08

III Çarlz qardaşını titullarından məhrum edərək onu kral iqamətgahından qovdu

Böyük Britaniya Kralı III Çarlz kiçik qardaşı Şahzadə Endryuyu titullarından və fəxri adlarından məhrum etmək və onu kral iqamətgahından çıxarmaq qərarına gəlib.

Tezadlar.az xəbər verir ki, “Reuters” bu barədə Bukinqem Sarayının açıqlamasına istinadən məlumat yayıb.

Bəyanata görə, Endryu malikanəsi olan Kral Lojasının icarəsindən imtina etmək və alternativ şəxsi yaşayış yerinə köçmək üçün rəsmi bildiriş alıb.

Müxbirlər qeyd ediblər ki, Şahzadə Endryuya qarşı təzyiq onun maliyyəçi Ceffri Epşteynlə əlaqələri ilə bağlı iddialarla bağlıdır.

Əvvəllər bildirilirdi ki, Böyük Britaniyanın varisi və növbəti kralı V Vilyam olan Şahzadə Uilyam tacqoyma mərasimindən sonra qohumlarının əksəriyyətinin titullarından məhrum etməyi planlaşdırır.

Bu planlar həyata keçirilərsə, şahzadələr Yevgeniya və Beatris, eləcə də Şahzadə Harri və övladları hətta “Sizin Kral Əlahəzrətləriniz” titulunu da itirəcəklər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!