Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Kral III Çarlzın ABŞ-dakı çıxışları zamanı prezident Donald Trampa ünvanladığı kinayəli şərhlər sosial mediada trend mövzusuna çevrilib.
Tezadlar.az xəbər verir ki, konqresdəki çıxışı zamanı və onun şərəfinə təşkil edilən şam yeməyində Kral III Çarlzın kinayəli dildən istifadə etməsi diqqət çəkib.
Konqresdəki çıxışında Çarlz irland yazıçısı Oskar Uaylddan bəhs edərək ABŞ və İngiltərənin ortaq cəhətlərinin olduğunu bildirib və “Dil istisna olmaqla” zarafatını əlavə edib.
Şam yeməyində Trampın Avropa ölkələrinin ABŞ olmadan alman dilində danışacağı barədə verdiyi açıqlamaya istinad edərək, İkinci Dünya Müharibəsini xatırladan Çarlz deyib: “Deyə bilərəmmi ki, biz burada olmasaydıq, siz (ABŞ) fransız dilində danışardınız?”
Bu sözlər salonda gülüşə səbəb olub və prezident Tramp gülənlərə baxarkən gülümsəyərək görünüb.
Trampa Britaniya sualtı qayığı HMS Trump-ın İkinci Dünya Müharibəsinə aid orijinal zəngini təqdim edən Kral Çarlz zarafatla deyib: “Əgər bizə çatmaq lazım gələrsə, sadəcə zəngi çalın”.
Çarlzın sözləri salonda alqışlara və gülüşlərə səbəb olub.
Kral Çarlzın sözləri dəfələrlə sosial mediada paylaşılıb və çoxsaylı şərhlər alıb.
E.ŞİRİNOV