İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Salami ölümündən bir gün əvvəl İsraillə böyük toqquşma olacağı barədə xəbərdarlıq edib.
Tezadlar.az xəbər verir ki, o, bu barədə İranın İRİB xəbər agentliyinə açıqlamasında bildirib.
“İsraillə toqquşmamız daha sarsıdıcı və dağıdıcı olacaq”, – Salami deyib.
Xatırladaq ki, Salami İsrailin gecə hücumunun qurbanlarından biri olub. İMQ zərbə nəticəsində üç yüksək rütbəli iranlı komandirin öldürüldüyünü təsdiqləyib və İMQ zabitləri “amansız qatillər” adlandırıb.
General Əhməd Vahidi İİKK-nin yeni komandiri oldu. Və kontr-admiral Həbibullah Səyyari İran Silahlı Qüvvələrinin Baş Qərargahının komandiri vəzifəsini icra edən təyin edilib.
İyunun 13-nə keçən gecə İsrail Hərbi Hava Qüvvələri İrana hava zərbəsi endirib. İsrailin baş naziri Benyamin Netanyahunun sözlərinə görə, Tehrana hücumun əsas hədəfi nüvə infrastrukturu olub. Buna baxmayaraq, dinc əhali arasında itkilər var.
Bunun ardınca İsrail Müdafiə Qüvvələri (İMQ) kritik birliklərdən ehtiyatda olan əsgərləri səfərbər etməyə başlayıb.
İsrailin hücumu nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun Baş Qərargah rəisi Hüseyn Səlami, general Qulam-Əli Rəşid, həmçinin İslam Universitetinin prezidenti Azad Məhəmməd Tehrançi və 2011-2013-cü illərdə Atom Enerjisi Təşkilatına rəhbərlik etmiş nüvə alimi Fereydun Abbasi-Davani öldürülüb.
ABŞ dövlət katibi Marko Rubio Ağ Evin İsrailin İrana endirdiyi zərbələrdə iştirakını təkzib edib. O, həmçinin əlavə edib ki, ABŞ Yaxın Şərqdəki müttəfiqləri ilə əlaqə saxlayır.
BMT-nin baş katibi Antonio Quterreş artıq İsrailin İrana zərbəsini pisləyib və tərəfləri təmkinli olmağa çağırıb.
E.ŞİRİNOV