Əsas məzmuna keç

İki ata bir-birinin övladına böyrək bağışladı

Türkiyədə iki ailənin həyatını dəyişən duyğusal hadisə baş verib.

Tezadlar.az xəbər verir ki, Kahramanmaraş və Yozqatdan övladlarının müalicəsi üçün Ankaraya gələn ailələr xəstəxanada tanış olublar. Uşaqlarının böyrək transplantasiyasına ehtiyacı olduğunu öyrənən atalar bir-birinə dəstək olmaq qərarına gəliblər.

Beləliklə, atalar öz övladlarına deyil, qarşı tərəfin uşağına böyrək donoru olmaqla çarpaz transplantasiyanın həyata keçirilməsinə şərait yaradıblar.

Uğurlu əməliyyat nəticəsində 1,5 yaşlı Hatice Duru və 8 yaşlı Hatice Mehlika sağlamlıqlarına qovuşmaq üçün yeni şans əldə ediblər.

Xəstəxanada başlayan bu tanışlıq iki uşağın həyatını dəyişən nümunəvi həmrəyliyə çevrilib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…