8 Dekabr 2025 / 08:51

İki avtomobil satıcısını öldürən həbs edilib

Tümenin Leninski Rayon Məhkəməsi yerli sakini avtomobilinə görə öldürməkdə ittiham olunan iki kişini həbs edib.

Tezadlar.az bildirir ki, bu barədə Tümen Vilayət Məhkəmə Sisteminin birgə mətbuat xidməti məlumat verib.

“Məhkəmə avtomobil satıcısını öldürməkdə ittiham olunan iki kişini həbs edib”, – mətbuat xidmətinin açıqlamasında deyilir.

Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsi (“Qətl”) ilə cinayət işi açılıb. Şübhəlilər hazırda məhkəməyəqədərki həbsdədirlər.

Xatırladaq ki, 5 dekabrda Tümendə iki kişi avtomobil satıcısını öldürüb, sonra onu təcrid olunmuş əraziyə aparıb və başqa bir avtomobilin içində yandırıblar.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!