Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Bu səhər Bakının Sabunçu rayonunda iki nəfərin xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Tezadlar.az xəbər verir ki, sürücü səhlənkarlığının nəticəsi bu olub ki, iki avtomobilin toqquşması nəticəsində 1984-cü il təvəllüdlü Azaqova Nuranə Vüsaməddin qızı və 2013-cü il təvəllüdlü R.Azaqlı xəsarət alıblar. Yaralılar müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Sürücülərə məsləhət: səhər yuxudan durub dərhal yola cummayın. Əvvəlcə gözlərinizi ovuşdurun, əl- üzünüzü yuyub kiçik də olsa idman edin, sonra “Ya Allah, ya tıxac!” deyib sükan arxasına əyləşin…
A.Məmmədli