Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
28 Mart 2026 / 14:00

İki il burnunda zəncir gəzdirib

Rizədə yaşayan bir ailə beş yaşlı qızları – Polen Təkini şiddətli burun qanaması və axıntı şikayətləri ilə özəl xəstəxanaya aparıblar. Qızcığaza burada dərman verilərək evə buraxılıb. Lakin qanaxma davam edib. Bundan sonra uşaq dövlət xəstəxanasına aparılıb və burnunda dırnaq qayçısı zənciri tapılıb. Zəncir əməliyyatla çıxarılıb.

Türkiyə mətbuatı bildirir ki, Şəhərdə yaşayan Göyxan və Nalan Təkin cütlüyü təxminən dörd ay davam edən bu vəziyyətdən nəhayət, qurtula biliblər. Valideynlər bildiriblər ki, özəl xəstəxanada rentgen və müayinələr başa çatdıqdan sonra azyaşlı qıza infeksiya diaqnozu qoyulub və dərman verilib. Lakin iş bununla bitmədikdə ailə Rizə dövlət xəstəxanasına gedərək qulaq, burun və boğaz klinikasına üz tutub.

Dövlət xəstəxanasında həkim tərəfindən baxış və hərtərəfli rentgen müayinəsindən sonra Polenin burnunda metal əşya aşkar edilib. Kiçik, kürəşəkilli dırnaq qayçısı zənciri olduğu müəyyən edilən əşya iki ildir ki, qızın burnunda qalıbmış və əməliyyatla uğurla çıxarılıb.

Bir müddət müalicə alan Polen sağaldıqdan sonra evə buraxılıb. Özəl xəstəxana rəsmiləri məsələ ilə bağlı şərh verməyiblər. Ailə isə cinayət işi açdıracaqlarını bildirib. Belə ki, Göyxan Təkin qızının burnundan daimi qara axıntının gəlməsini təsvir edərək bildirib: “Qızımın burnundan daimi qara axıntı gəlir və qanaxma olurdu. Onu özəl xəstəxanaya apardım. Özəl xəstəxanada rentgen çəkdirdilər və heç nə tapmadıqlarını dedilər. Bizə dedilər ki, qara ləkə infeksiyadan qaynaqlanır. Evə gəldik və axıntı davam etdiyi üçün dövlət xəstəxanasına getdik. Burunda metal zəncir tapıldı. Bu qədər səhlənkarlıq necə ola bilər? Özəl xəstəxanaya gedirik və pul ödəməyimizə baxmayaraq, alçaldılırıq. Zəncir iki ildir uşağın burnundadır və dövlət xəstəxanamızda yaxşı bir həkim zənciri aşkar edərək qızımı ölümdən qurtarır. Mən bu işdən sona qədər əl çəkməyəcəyəm. Sona qədər qanuni mübarizə aparacağam. Qoy bu, digər xəstələrimizə dərs olsun”.

Qızının əməliyyatdan sonrakı vəziyyətinin yaxşı olduğunu bildirən Təkin deyir ki, onlardan soruşublar: “Evdə soba yanır?” Yəni bunun kömür tüstüsündən ola biləcəyi ehtimalı varmış. Belə bir şey mümkün ola bilərmi? Əməliyyatdan çıxan zəncir mənim barmağım qalınlığında idi. Dövlət xəstəxanasının həkimi isə belə bir vəziyyətin necə görünməməli olduğuna təəccüb etdi. Şükür Allaha ki, biz bundan qurtulduq. İndi uşağın vəziyyəti yaxşıdır.

Hazırlayıb təqdim edən: Zeynəb Əliqızı

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!