Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
27 Oktyabr 2025 / 23:36

İki qadın ətəklərinin altında 68 tısbağa gizlədib

Honq Konq limanında iki qadın 68 tısbağanı ətəyinin altında gizlədərək sərhəddən keçirməyə cəhd edib.

Tezadlar.az xəbər verir ki, bu haqda “The Mirror” yazıb.

Hadisə Vençzindu limanında baş verib. Qadınlar qəribə hərəkətlərlə “yaşıl dəhliz”dən keçərkən gömrük işçilərinin şübhəsinə səbəb olub.

Liman məmurları onlardan birini kənara çəkdikdə, ətəyinin altından budlarına bağlanmış 39 canlı tısbağa aşkar edib. Eyni üsulla 29 tısbağanı qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd edən ikinci qadın da tutulub.

Tapılan sürünənlərin Çinə idxalı qadağan edilən ulduz tısbağaları olduğu ortaya çıxıb. Hər iki qadın limanda saxlanılıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!