…Tibb üzrə fəlsəfə doktoru, tanınmış həkim, mərhum komandir Rövşən Cavadovun qızı Jalə Cavadova “Təzadlar”a sensasion müsahibə vermişdir… Müsahibədə inanılmaz qaranlıqlara işıq salınır və J.Cavadovanın nə qədər cəsarət, intellektual dünyagörüşə malik olduğu ortaya qoyulur. “…Mən Laçında olanda, 32 il sonra atamın döyüşdüyü torpaqları azad görəndə elə bildim yenidən doğulmuşam… Bu inanılmaz, ağlagəlməz bir hiss idi, sözlə ifadə etmək mümkünsüzdür. O dağlara baxanda düşünürdüm ki, Prezident İlham Əliyev təkcə torpaqlarımızın işğaldan azad edilməsi ilə yeni bir tarix yazmadı, həm də bəzi hallarda əlimizi belə üzdüyümüz – itirdiyimiz yurdlarımızın işğalı ilə heç vaxt barışmayacağımıza olan ümidlərimizi bizə qaytardı…”,- deyən Jalə Cavadova arzularını da dilə gətirdi: “…Arzu edirəm ki, Qarabağda döyüş yolu keçmiş sabiq “OMON”çulara bəraət verilsin, o döyüşlərdə sonadək olmuş atamın adı azad edilmiş Laçında nişanələnsin… Atamın ən böyük arzu və məqsədi də Azərbaycanın bir qarış torpaqlarının belə işğalda qalmaması idi… Atam müsahibələrində də həmişə deyirdi ki, Azərbaycanı mövcud bəlalardan yalnız Heydər Əliyev xilas edə bilər… Amma…”.
Müsahibə hazırda yayıma hazırlanır, tezliklə təqdim ediləcək.
“Təzadlar”