10 Mart 2026 / 23:31

İlham Əliyev və Əhməd Əl Şaraa ikitərəfli əlaqələri müzakirə etdilər

Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Telefon söhbəti zamanı Yaxın Şərq regionunda yaranmış gərginlikdən narahatlıq ifadə olunub, region dövlətlərinin təhlükəsizliyinə və sabitliyinə mənfi təsir göstərə biləcək addımların qarşısının alınmasının zəruriliyi bildirilib.

Telefon danışığı əsnasında, eyni zamanda, Azərbaycan-Suriya ikitərəfli əlaqələrinə toxunulub, münasibətlərin möhkəmləndirilməsində, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsində hər iki tərəfin maraqlı olduğu bildirilib. Təmasların davam etdirilməsi barədə razılıq əldə olunub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!