Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu mükafatı almaq böyük şərəfdir.
Tezadlar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimatolunma mərasimində çıxışı zamanı deyib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan və Ermənistan sülh şəraitində yaşamağı öyrənir:
“Bu xüsusi bir hissdir. Müstəqillikdən sonra biz heç zaman sülh içində yaşamamışıq. ABŞ Prezidenti Donalda Trampa Vaşinqton sammitinin təşkilinə görə təşəkkür edirəm. O, üçtərəfli sammiti 2025-ci ilin avqustun 8-də təşkil etdi və bu, Ermənistan-Azərbaycan arasında sülh sazişinin paraflanması ilə başa çatdı”.
Prezident xatırladıb ki, hər iki ölkə 30 ildən artıq müharibə şəraitində olub:
“Altı aydır ki, sülh şəraitində yaşayırıq”.