4 Fevral 2026 / 05:39

İlk dəfə cinayətini etiraf etdi

Beş qızı qətlə yetirməkdə məhkum edilmiş “Suffolk Boğucusu” ləqəbli britaniyalı cinayətkar Stiv Rayt altıncı qurbanın kimliyini açıqlayıb: 17 yaşlı Viktoriya Holl.

Tezadlar.az bildirir ki, bu barədə “The Guardian” məlumat verib.

18 sentyabr 1999-cu ildə Holl gecə klubuna gedib yoxa çıxıb. Beş gün sonra onun qalıqları itkin düşdüyü yerdən təxminən 40 kilometr aralıda xəndəkdə tapılıb. Məhkəməsində Rayt Hollu qaçırdığını və boğduğunu, bir gün əvvəl isə 22 yaşlı Emili Doherti qaçırmağa cəhd etdiyini bildirib. O, günahını inkar edib və cinayəti ilk dəfə etiraf edib.

2006-cı ildə Rayt İpsviç şəhərində bir sıra hücumlar törədib. Altı həftə ərzində o, 19-29 yaşları arasında beş qadının həyatına son qoyub. 2008-ci ildə məhkəmə seriyalı qatili şərti azadlığa buraxılmadan ömürlük həbs cəzasına məhkum edib. Hollun işi üzrə hökmün 6 fevral, cümə günü oxunacağı gözlənilir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!