İlon Maskın Seldondan 4-cü, ümumilikdə 14-cü övladı dünyaya gəlib  

Oxunma sayı: 176

“Neuralink”ın baş direktoru Sivon Zilis İlon Maskdan Seldon Likorq adlı oğlu ilə dördüncü övladını dünyaya gətirib.

“Biz bunu İlonla müzakirə etdik və gözəl Arkadiyanın ad günü münasibətilə yaraşıqlı və sevimli oğlumuz Seldon Likurqusun hekayəsini danışmağın ən yaxşısı olduğuna qərar verdik. O, çox güclüdür, qızıl ürəklidir. Biz onu çox sevirik”,-  deyə Zilis X sosial şəbəkəsində yazıb.

İlon Mask onun paylaşımına ürək emojisi ilə cavab verib. Zilis və Maskın artıq üç övladı var – əkizləri və bir yaşlı qızı Arkadiya.

KİV-in məlumatına görə, Maskın ümumilikdə ən azı 14 uşağı var.

 

JASMİN

Xəbəri paylaş

26 Aprel