Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…Həmişə belə görmüşük, valideyn övladına başa salıb ki, yaxşı oxu, hazırlaş ki, imtahandan yüksək qiymət alasan… Hətta məntiqlə də belədir ki, imtahan verən abituriyent, yaxud tələbə, magistr… özünə-öz biliyinə güvənməlidir. Bu gün sənə kömək edən sabah olmayacaq, amma daxili inam və öz bilik və bacarığın həmişə səninlədir!
Sözümüzün mahiyyəti budur ki, təəssüflər olsun, bəzən hələ də xurafatla oturub-duran, bu gerizəkalıqla yaşayanlar da var… Aşağıda təqdim edilən fotoşəkildə adını yazmağa lüzum görmədiyimiz bir abituriyentin imtahana girərkən özü ilə molla duası və təsbeh daşıması təsvirlənib. DİM nəzarətçiləri həmin abituriyentin üstündən götürdükləri bu dua və təsbehi təbii ki, müsadirə ediblər. Yəni, DİM valideyn tərəfindən doğru yönəldilməyən həmin gənci “tərksilah” edib. Təsəvvür edin ki, döyüşə gedəsən, silahını əlindən alıblar!!!
O gəncin-yeniyetmənin həmin anda keçirdiyi həyəcan və “silahsız” imtahana girişi görün nə ilə nəticələnib: “2”! Yəni, ən aşağı bal!
Unutmayın, ən etibarlı silah özünün bilik və bacarığındır!
SƏBUHİ
