Paytaxtda 41 yaşlı ana yeni doğulmuş körpəsini öldürüb.
Tezadlar.az xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib.
Noyabrın 11-i Bakı şəhər sakini 1984-cü il təvəllüdlü Pərvanə Eyvazova 3 günlük oğlan uşağını Türkan qəsəbəsinin ərazisində dənizə ataraq öldürüb. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə P.Eyvazova tutulub. Meyitin tapılması istiqamətində tədbirlər görülür.
Araşdırma aparılır.







