Əsas məzmuna keç

İNANILMAZ: Merkel büdcə vəsaitlərindən 64.600 avro stilist və makiyaj üçün xərcləyib

Keçmiş Almaniya kansleri Angela Merkel dövlət vəsaitinin təxminən 65.000 avrosunu bərbərə və makiyaj ustasına xərcləyib.

Tezadlar.az xəbər verir ki, bu məlumat Bundestaqın mətbuat xidmətinin saytında dərc edilib.

Sənəddə deyilir ki, “1 iyul 2024-cü ildən 31 mart 2026-cı ilə qədər bərbər və makiyaj ustası xidmətlərinə xərclər 64.677 avro təşkil edib”.

Aydınlaşdırılıb ki, növbəti kansler Olaf Şolts tərəfindən 6 may 2025-ci ildən sonra belə bir xərc çəkilməyib.

Fevral ayında “Tagesspiegel” Almaniyada Merkelin prezidentliyə namizədliyi ilə bağlı şayiələrin yayıldığını bildirib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…