İndoneziya Fələstin dövlətçiliyini tanıdıqdan sonra İsrail dövlətini dərhal tanıyacaq.
Tezadlar.az xəbər verir ki, bunu İndoneziya prezidenti Prabovo Subianto Fələstin-İsrail münaqişəsinin həllinə dair yüksək səviyyəli beynəlxalq konfransda çıxışı zamanı deyib.
“İndoneziya bəyan edir ki, İsrail Fələstinin müstəqilliyini və dövlətçiliyini tanıyan kimi İndoneziya dərhal İsrail dövlətini tanıyacaq.
Subianto həmçinin vurğulayıb ki, İndoneziya tərəfi “İsrail üçün bütün təhlükəsizlik zəmanətlərini” dəstəkləyəcək.
İndoneziya prezidenti əmin olduğunu bildirib ki, Fələstinin tanınması “tarixin sağ tərəfində doğru addımdır”.
E.ŞİRİNOV







