15 avqustda İndoneziyada baş verən 7,7 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 103-ə çatıb.
Tezadlar.az xəbər verir ki, Antara xəbər agentliyinin məlumatına görə, İndoneziya Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyi (BNPB) ölkənin Flores bölgəsində baş verən zəlzələ ilə bağlı son məlumatları açıqlayıb.
BNPB Fəlakət Məlumat Mərkəzinin rəhbəri vəzifəsini icra edən Berton Panjaitan bildirib ki, ölənlərin sayı 103-ə çatıb, 1666 nəfər yaralanıb.
Qeyd edək ki, 15 avqustda İndoneziyanın Flores bölgəsində 7,7 bal gücündə zəlzələ baş verib və 2700-dən çox afterşok qeydə alınıb ki, ən böyüyü 6,2 bal olub.
Bu arada, Şimali Sumatra əyalətindəki Pematangsiantar şəhəri yaxınlığında 6,9 bal gücündə daha bir zəlzələ baş verib.
Zəlzələ 900-dən çox evi dağıdıb, 1300-dən çox evə qismən ziyan dəyib və təxminən 5000 insan müvəqqəti sığınacaqlarda yaşamağa məcbur olub.
Sürüşmələr həmçinin Flores bölgəsində yaşayış məntəqələrini birləşdirən təxminən 700 kilometrlik magistral yolun hissələrini bağlayıb.
ELBAR







