Əsas məzmuna keç

İnquşetiyada dronun yaşayış binasının üzərinə düşməsi nəticəsində xəsarət alanlar var

İnquşetiyanın Nijnie Açaluki kəndində pilotsuz təyyarənin yaşayış binasının üzərinə düşməsi nəticəsində bir qadın və üç uşaq xəsarət alıb.

Tezadlar.az bildirir ki, bu barədə regional Səhiyyə Nazirliyinin Telegram kanalında məlumat verilib.

Məlumata görə, xəsarət alanlar Malqobek Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Qadın və üç uşağın vəziyyətinin stabil və qənaətbəxş olduğu qeyd edilir. Nazirlikdən bildirilib ki, onlar yaşadıqları yer üzrə ambulator müalicəyə aparılıblar.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…