Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

8 Noyabr – Şanlı Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, əzmkarlığının və ədalət uğrunda mübarizəsinin parlaq simvoludur. Bu gün Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin, beynəlxalq hüququn hamılıqla tanınan prinsiplərini və ədalətli sülhün qələbəsini təcəssüm etdirir. Bu Zəfər, eyni zamanda, insan və vətəndaş hüquqlarının və azadlıqların, ləyaqətin bərpası deməkdir. QHT Koalisiyasından “Təzadlar”a göndərilən müraciətdə deyilir:
“İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası olaraq biz bu günü yalnız hərbi zəfər kimi deyil, həm də sülh, təhlükəsizlik və insan ləyaqətinin qələbəsi kimi dəyərləndiririk. Azərbaycan xalqı uzun illər ərzində işğal, köçkünlük və humanitar böhranlarla üz-üzə qalsa da, bu sınaqları yüksək dözüm, vətənpərvərlik və mənəvi dəyərlərlə aşdı. Torpaqlarımızın azad edilməsi regionda yeni mərhələ – ədalətə əsaslanan sülh və birgəyaşayış modelinin formalaşması üçün imkan yaratdı.
Biz bu münasibətlə dünya ictimaiyyətinə müraciət edərək bildiririk ki, sülh və ədalət bir-birindən ayrılmaz dəyərlərdir. Ədalətin təmin olunmadığı mühitdə sülh davamlı ola bilməz, zorakılıq, istismar və insan alveri kimi cinayətlər kök salır. Tarix və müasir münaqişələr göstərir ki, müharibələr, humanitar böhranlar və məcburi köçkünlük halları insan alveri üçün münbit şərait yaradır. Qadınlar və uşaqlar bu dövrlərdə ən çox zərər görən, istismar və zorakılığa məruz qalan həssas qruplardır. Koalisiya olaraq biz bu reallıqdan dərin narahatlıq duyur və beynəlxalq ictimaiyyəti müharibələrin sosial-humanitar nəticələrinə, xüsusilə də insan alveri risklərinə qarşı birgə səfərbər olmağa çağırırıq.
Azərbaycan dövləti sülh və bərpa mərhələsində beynəlxalq humanitar hüquqa və insan hüquqlarına sadiqliyini nümayiş etdirir. Azad edilmiş ərazilərdə həyata keçirilən bərpa, quruculuq və inteqrasiya proqramları, mina təmizləmə, sosial müdafiə və qadınların reabilitasiyası istiqamətində atılan addımlar dövlətin və vətəndaş cəmiyyətinin ortaq səylərini əks etdirir. Biz bu prosesdə beynəlxalq tərəfdaşların dəstəyini və əməkdaşlığını vacib hesab edirik.
İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası hesab edir ki, hər bir qələbə yalnız hərbi güclə yox, həm də mənəvi və humanitar dəyərlərlə ölçülürr. Azərbaycanın Zəfəri zorakılığa qarşı ədalətin, işğala qarşı beynəlxalq hüququn və qurbanlara qarşı insan ləyaqətinin qələbəsidir. Biz bütün dövlətləri və beynəlxalq təşkilatları sülhün qorunması, insan alverinə qarşı mübarizənin gücləndirilməsi, qadın və uşaqların müdafiəsi, psixososial reabilitasiya və sosial ədalətin bərpası istiqamətində birgə fəaliyyətə çağırırıq.
Zəfər Günü bizim üçün qisasın deyil, sosial ədalətin bərpasının, düşmənçiliyin deyil, sülhün təntənəsidir. Azərbaycan xalqı dünyaya sübut etdi ki, ədalət, insan ləyaqəti və sülh uğrunda mübarizə ən böyük qələbədir. Biz inanırıq ki, bu bəşəri dəyərlərin qorunması regionda və dünyada insan alverinə, zorakılığa və istismara qarşı mübarizənin təsirli yoludur. İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası olaraq dünya ictimaiyyətinə müraciət edirik: Sülhü qorumaq, müharibələrin fəsadlarını aradan qaldırmaq və insan ləyaqətini müdafiə etmək üçün bir olaq!
Allah şəhidlərimizə rəhmət eləsin!
İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası”.
***
“Appeal of the NGO Coalition Against Human Trafficking
to the International Community
on the Occasion of November 8 – Victory Day
November 8 – Victory Day is a bright symbol of the national pride, resilience, and struggle for justice of the people of Azerbaijan. This day embodies the triumph of Azerbaijan’s sovereignty and of a just peace based on international law. This Victory also represents the restoration of human rights, freedom, and dignity.
As the NGO Coalition Against Human Trafficking, we view this day not only as a military triumph but also as a victory for peace, security, and human dignity. Although the people of Azerbaijan faced occupation, displacement, and humanitarian crises for many years, they overcame these trials with great endurance, patriotism, and moral strength. The liberation of our territories has created an opportunity for a new stage in the region – the establishment of a peace and coexistence model grounded in justice.
On this occasion, we address the international community with the message that peace and justice are inseparable values. In an environment where justice is not ensured, peace cannot be sustained, and crimes such as violence, exploitation, and human trafficking take root. History and contemporary conflicts demonstrate that wars, humanitarian crises, and forced displacement create fertile ground for human trafficking. Women and children are the groups most affected during such periods, exposed to exploitation and violence. As a Coalition, we express deep concern about this reality and call on the international community to jointly mobilize against the social and humanitarian consequences of war, especially the increased risks of human trafficking.
Today, Azerbaijan, in its post-conflict peacebuilding and reconstruction phase, demonstrates its commitment to international humanitarian law and human rights. The reconstruction and reintegration programs implemented in the liberated territories, mine clearance efforts, social protection initiatives, and activities aimed at the rehabilitation of women all reflect the joint efforts of the state and civil society. We consider the support and cooperation of international partners essential in this process.
The NGO Coalition Against Human Trafficking believes that every victory must be measured not only by military achievements but also by moral and humanitarian values. Azerbaijan’s Victory is a triumph of justice over violence, of international law over occupation, and of human dignity over victimization. We call on all states and international organizations to unite in safeguarding peace, strengthening the fight against human trafficking, protecting women and children, supporting psychosocial rehabilitation, and restoring social justice.
For us, Victory Day is not a celebration of revenge, but of restored justice; not of hostility, but of peace. The people of Azerbaijan have shown the world that the struggle for justice, human dignity, and peace is the greatest victory. We believe that the preservation of these values is the most effective way to prevent crimes such as human trafficking, violence, and exploitation in our region and across the world.
As the NGO Coalition Against Human Trafficking, we appeal to the entire international community:
Let us unite to protect peace, eliminate the consequences of war, and defend human dignity!
May God rest the souls of our martyrs.
NGO Coalition Against Human Trafficking”.