Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Tezadlar.az PFL-in saytına istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının 22 və 23-cü turundakı bəzi qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.
Komitə 22-ci turun “Qarabağ” – “Sabah” oyunundakı qalmaqal və hadisələrlə bağlı qərarlarını da açıqlayıb.
Görüşdə “Sabah”ın məşqçisi Valerio Zuddas rəqib ehtiyat skamyaya qeyri-etik jest etdiyinə görə 7 oyunluq cəzalandırılıb, klubu 15000 manat cərimə edilib.
Qərarda qeyd edilib ki, eyni matçda “Qarabağ”ın məşqçiləri Müşfiq Hüseynov və Zaur Tağızadə kütləvi davada iştirak etdiyinə görə hər biri 6 oyunluq cəza alıb, Ağdam təmsilçisi ümumən 12 min manat cərimələnib.
Əlavə edək ki, daha əvvəl AFFA İntizam Komitəsi bu məsələyə dair heç bir qərar verməmiş, yalnlz məsələdə mediada gündəmə gətirildikdən sonra komitə qərara yenidən baxılacağını açıqlamışdı.