Əsas məzmuna keç

İqtisadiyyat Nazirliyində Ukraynanın səhiyyə naziri ilə görüş olub

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Ukraynanın səhiyyə naziri Viktor Lyaşko ilə görüşüb.

Tezadlar.az  xəbər verir ki,  İqtisadiyyat Nazirliyində keçirilən görüşdə Azərbaycanın Ukrayna ilə iqtisadi əməkdaşlığa önəm verdiyi qeyd olunub. Ukrayna ilə müxtəlif iqtisadi istiqamətlər üzrə əlaqələrin genişləndirilməsi üçün imkanlar diqqətə çatdırılıb. Bildirilib ki, ticarət və investisiya əməkdaşlığı münasibətlərdə mühüm istiqamətlərdəndir.

Tərəflər Azərbaycan və Ukrayna arasında səhiyyə sənayesi sahəsində işbirliyinin dərinləşdirilməsi, dərman vasitələrinin birgə istehsalı barədə fikir mübadiləsi aparıblar.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…